AZ

Maliyyə“S&P": Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları gələn il 12 milyard dolları ötəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu ilin sonuna 2023-cü ilin faktiki göstəricisi ilə müqayisədə 3,3 % artaraq 11,993 milyard ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

“Far.Az” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

Hesabata əsasən, AMB-nin valyuta ehtiyatları 2025-2027-ci illərdə ardıcıl 3 il 12,147 milyard ABŞ dolları (2023-cü illə müqayisədə 4,6 % çox) səviyyəsində gözlənilir.

“S&P” 2024-cü ildə Azərbaycanın likvid aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbətini 69,9 % təşkil edəcəyini gözləyir ki, bu da, 2023-cü ilin faktiki göstəricisi ilə eynidir. Bu göstərici 2025-ci ildə 71,1 % (1,2 faiz bəndi çox), 2026-cı ildə 69,6 % (0,3 faiz bəndi az) və 2027-ci ildə 67,8 % (2,1 % bəndi az) təşkil edələcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, bu il iyunun 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 713,7 milyon ABŞ dolları təşkil edib ki, bu da, mayın 1-i ilə müqayisədə 0,5 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 %, son 1 ildə isə 27,7 % artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
far.az

1Mənbələr