AZ

Danimarkanın Baş nazirinə hücumdan sonra onun seçki kampaniyası ilə bağlı tədbirlər ləğv olunub

Danimarkanın Baş nazirinə hücumdan sonra onun seçki kampaniyası ilə bağlı tədbirlər ləğv olunub

Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagenin Kultorve meydanında hücuma məruz qaldıqdan sonra bir neçə seçki kampaniyası tədbirlərini ləğv edib.

"Report" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

M.Frederiksenin ofisi onun xəstəxanada müayinəyə ehtiyacı olduğunu bildirib.

Qeyd edilib ki, Baş nazir iyunun 7-də hücum zamanı yüngül xəsarət alıb: "Onun vəziyyəti yaxşıdır. Lakin bu hadisə onu sarsıdıb".

Danimarkanın Baş nazirinə hücum edən 39 yaşlı şəxs hadisədən dərhal sonra saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
sonxeber.az

10Mənbələr