AZ

Ölüm saçan liftə niyə baxan yoxdur? - VİDEO

Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi bina 2 ünvanında iki aydan çoxdur ki, lift işləmir.
Bu ilin martın 26-da liftdə yaranan nasazlıq səbəbindən bina sakinlərindən biri həyatını itirib. Həmin gündən bina sakinləri lift üzünə həsrətdirlər.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, baş verən ölüm hadisəsi ilə bağlı qəzalı lift prokurorluğun nəzarətindədir. Prokurorluqdan icazə verildikdən sonra lift təmir olunacaq.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, lazımi sənədlər artıq hazırlanıb:

"İndiki mərhələdə yalnız Fövqəladə Hallar Nazirliyi tərəfindən akt tərtib olunmalıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti "Lifttəmir" İstehsalat Birliyi aidiyyəti üzrə qəzalı lifti ya təmir etsin, ya da yenisi ilə əvəzləsin".

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
oxu.az

3Mənbələr