AZ

"Gənclik iksiri" təhlükəsi: Həkimlər də üsyan edir

Evdə sağlamlıq xidmətləri insan səhhətini təhlükə altına alan ciddi problemə çevrilib. Həkimlər də “gənclik iksiri” adlandırılaraq estetika və gözəllik dünyasının təhlükəli oyuncaqlarına çevrilən tətbiqlərə üsyan edir.

Publika.az xəbər verir ki, pandemiyadan sonra xəstəxanalardan qorxan vətəndaşların müraciət etdiyi evdə sağlamlıq xidmətlərində işlər yolundan çıxıb. Məşhur həkimlərin sistem kokteyli paylaşması yeni gəlir mənbəyi yaradıb.

Əvvəllər ağır xəstəliklər üçün xəstəxanalarda istifadə edilən sistemlər özəl sektorun hərisliyi nəticəsində gənclik iksiri, yuxu tənzimləyicisi, cavanlaşdırıcı, qırışların qarşısını alan, arıqladan sistem adı ilə estetik və gözəllik dünyasının təhlükəli oyuncağına çevrilib.

Prosesdə insanlar onlayn yemək sifariş etdikləri kimi vitamin və mineralları özləri seçir və sistemlərini hazırlayırlar. İş o yerə çatıb ki, sosial mediada yayımlanan hazırlanma qaydası yayda hotellərdə hazırlanan kokteyllərə bənzəməyə başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
publika.az

1Mənbələr