AZ

Bəxi ərazilərdə duman müşahidə olunur

Bu gün saat 17:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxır, leysan xarakterli yağış yağır. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
21
sia.az

10Mənbələr