AZ

Heç kim dayan deyə bilməz: 8 trilyon dollar zərər var...

Koronavirusdan sonra internetdən istifadənin artması kiber hücumçuları da hərəkətə keçirib. Xüsusilə 2020-ci ildə kiberhücumların sayında rekord artım qeydə alınıb.

Publika.az xəbər verir ki, koronavirusla birlikdə artan kiberhücumlar bu gün də intensiv şəkildə davam edir. Üstəlik, bu hücumların sənayeyə vurduğu zərər trilyonlarla dollara çatır.

Türkiyə İnformatika Dərnəyinin (TBD) İdarə Heyətinin sədri Rəhmi Aktepe deyib ki, informatika dünyada 5 trilyon dollarlıq bir sənayedir, kiberhücumların vurduğu ziyan isə 8 trilyon dollardır.

Kiberhücumların dünyaya vurduğu ziyana toxunan Aktepe qiymətləndirməni bu cür edib: “Bunun 2025-ci ildə 10 trilyon dollar olacağı güman edilir. Beləliklə, bu, həqiqətən böyük rəqəmdir və biz buna diqqət yetirməliyik. Amma texnologiyanın inkişaf prosesinə baxdığımda, necə istifadə olunsa da, süni intellekti sıfıra çatdırmaq mümkün deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
publika.az

1Mənbələr