AZ

Ali Məhkəmənin hakimlərinin müaliyyə gəlirləri və aldıqları həddiyələr açıqlandı

ABŞ-ın yüksək məhkəmə orqanı olan Ali Məhkəmənin (SCOTUS) hakimləri dünən maliyyə gəlirləri, xərclərini və aldıqları hədiyyələri açıqlayıblar.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, hakimlər səxavətli maaşları ilə yanaşı, kitab müəlliflik hüququndan da böyük gəlirlər əldə edirlər. Həmçinin onlara bahalı bəxşişlər hədiyyə olunur.

Maliyyə hesabatlarında hakim Braun Ceksonun Beyonsun konsertinə 3 min 711 dollar dəyərində4 bilet aldığı ortaya çıxıb.

Mətbuatda diqqəti cəlb edən başqa bir detal isə, hakim Tomasın 2019-cu ildə milyarder iş adamı və Respublikaçılar Partiyasının donoru Harlan Crovdan hədiyyə olaraq Bali və Kaliforniya səfərini almasıdır. Bildirilir ki, o, bunu 2019-cu ilin hesabatına əlavə etməyi unudub deyə, 2023-cü ilin hesabatına əlavə edib. Hakim buna görə tənqidlə qarşılaşıb.

Hakimlər arasında öz müəlliflikləri ilə dərc etdiyi kitablardan yüksək qazanc əldə edənlər də var. Belə ki, Hakim Gorsuç 250 min dollarlıq, Hakim Kavanauq 340 min dollarlıq və Hakim Braun Cekson isə 893 min dollarlıq kitab satışı ediblər.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
teleqraf.com

1Mənbələr