AZ

Ötən ay 325 kq narkotik dövriyyədən çıxarıldı (FOTO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizəİdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərinqanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 31 əməliyyatkeçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə39 nəfər və 4 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-uölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslərolublar.

Əməliyyatlarla “qara bazar”-da dəyəri 13 milyon manat olan 325kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana,heroin, metamfetamin, tiryək, 3 kiloqram zəhəri maddə olan civə, 2min ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələkeçirilib. Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlarşəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindənqanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazancmüqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməliimişlər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərirespublikanın bütün bölgələrində fasiləsiz olaraq davametdirilir.

Ötən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
24
az.trend.az

10Mənbələr