AZ

O'Brayen yenidən İrəvana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen iyunun 10-12-də Ermənistana səfər edəcək. 
 
Ölkə.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında deyilir.
 
O`Brayen İrəvanda keçirəcəyi görüşdə ABŞ-nin Ermənistan və Azərbaycan arasında uzunmüddətli və layiqli sülh sazişinin əldə edilməsinə dəstəyini, o cümlədən sərhədlərin delimitasiyası üçün Alma-Ata Bəyannaməsinin əsası kimi istifadəsini müzakirə edəcək. 
 
Amerikalı diplomat biznes ictimaiyyəti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
 
Mürtəza
Ölkə.Az
Seçilən
118
14
olke.az

10Mənbələr