AZ

Türkiyə və Rusiyadan ortaq layihə: Yeni birja yaradılır

Türkiyə və Rusiya İstanbulda maliyyə mərkəzinin yaradılması çərçivəsində energetika və dağ-mədən birjası yaratmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraqdar Rusiya ekologiya naziri Aleksandr Kozlovla görüşdən sonra deyib. O, Kozlovla ətraflı danışıqlar apardığını bildirib. Bayraqdar həmçinin Rusiya ilə əməkdaşlığın daha yüksək səviyyəyə çatacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, Ukrayna müharibəsi başladıqdan sonra Rusiyaya qarşı Qərb sanksiyaları pik həddə çatıb. Buna görə də Moskva Qərbi təhdid edərək öz enerji resurslarının satışının Niderlanddan yox, Türkiyədən aparacağı planını gündəmə gətirib. Moskvanın bəyanatına baxmayaraq Türkiyə ilə bu istiqamətdə hələlik yekun razılıq əldə olunmayıb. Bununla belə rəsmi Ankara bu layihəni dəstəkləməyə hazır olduğunu söyləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
bakuinform.agency

1Mənbələr