AZ

Güləşçimiz reytinq turnirinin finalına yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.

"Unikal" xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda iranlı Meysam Dalxanini sınağa çəkib.

Rəqibinə 10:1 hesabı ilə qalib gələn M.Məmmədov adını həlledici mərhələyə yazdırıb. O, qızıl medal görüşündə moldovalı Viktor Kiobanu ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
17
unikal.az

10Mənbələr