AZ

Zaxarovadan Makronun ünvanına: Cahildir

Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı aqressiv ritorikası və cinayət əməlləri ilə Avropanı fəlakətə doğru sürükləyir.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarovanın fikrincə, Makron və komandası təsadüfi insanlardır, onların həm dövlət idarəçiliyində, həm də beynəlxalq arenada və öz ölkələrində “real işlərdə” təcrübəsi yoxdur.

“İfadələrinə görə, o, (Makron nəzərdə tutulur-red.) cahildir. Onun çoxlu diplomları ola bilər, amma bu, heç nə demək deyil. Çünki onun açıqlamaları sadəcə reallıqdan ayrılmır, savadsızdır”, - Rusiya XİN nümayəndəsi qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
publika.az

1Mənbələr