AZ

Sabiq general Netanyahunun müharibə kabinetindən istefa verə bilər – Qəzza strategiyasına görə

İsrailin Müharibə Kabinetinin üzvü olan keçmiş Baş Qərargah rəisi Benni Qants istefa verə bilər.

Xarici KİV-lərin yazdığına görə buna səbəb kimi, Qəzzadakı müharibə planının uğursuz olması göstərilib.

Keçən ay Benni Qants İsrailin HƏMAS-a qarşı əməliyyatından sonra Qəzzanın işğalı ilə bağlı dəqiq növbəti gün strategiyasını müəyyən etmək üçün Netanyahuya iyunun 8-dək vaxt vermişdi.

Qantsın sözçüləri onun planlaşdırılan çıxışı ilə bağlı təfərrüatları açıqlamasalar da, İsrailin aparıcı qəzetlərinin siyasi şərhçiləri bu gün sabiq generalın istefasını açıqlayacağını bildiriblər.

“AzPolitika.info”

Seçilən
107
1
azpolitika.info

2Mənbələr