AZ

Alman konserni Ukraynaya sursat və silah verməkdən imtina etdi (SƏBƏB)

Fransız-alman müdafiə konsorsiumu KNDS elan edib ki, Ukraynaya döyüş sursatı və silah tədarük etməyəcək, bunun əvəzinə müəssisə NATO arsenalını doldurmağa başlayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə firmanın idarəedici direktoru Ralf Kettsel DPA agentliyinə bildirib.

Kettselə görə, konsorsium yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrinə lazım olan döyüş sursatlarının, o cümlədən 155 mm-lik artilleriya mərmilərinin lazımi həcmdə tədarükünü təmin edə bilmir. Həmçinin müəssisə bütün gücünü Şimali Atlantika alyansının hərbi ehtiyatlarına yönəldəcək, bu ehtiyatlar Ukraynanın tələbləri səbəbindən ciddi şəkildə tükənib və onların bərpası vaxt tələb edir.

KNDS, o cümlədən 2023-cü ildən etibarən Ukraynaya göndərilən Alman Leopard 2 döyüş tankları da istehsal edir. Kettsel hesab edir ki, digər Avropa hərbi-sənaye şirkətləri Kiyevi daha qısa müddətdə silahlarla təmin edə bilər.

KNDS, əgər ehtiyac yaranarsa, Ukrayna üçün mərmilər və texnika istehsalına daha sonra qayıdacağını vəd edib.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
qaynarinfo.az

2Mənbələr