AZ

Sosial problemlər o zaman həll olunar ki ... - Sosioloqdan çıxış yolları...

Bəlkə də çoxları bilmir ki, özəyində cəmiyyəti tədqiq etmək kimi bir vəzifə olan sosiologiya elminin nümayəndələri daim müxtəlif araşdırmalar apararaq cəmiyyətin vəziyyətini öyrənir və problemlər olduqda həll yolu təklif edirlər.

Sosial araşdırmalar sahəsi olduqca genişdir, çünki bütün sosioloqlar bu məsələyə vahid prizmadan baxmır. Məhz buna görə də bu sahədə iki ontoloji cərəyan var: obyektivism və konstruktionism...

Maraqlıdır, görəsən  Azərbaycanda sosial araşdırmalar sahəsi nə dərəcədə inkişaf edib? Bu məsələdə nə kimi problemlər var?

“Qafqazinfo”nun suallarına sosioloq Rüfət İsmayılzadə cavab verir:

“Əvvəla onu deyim ki, çox aktual bir mövzuya toxunmusuz. Çünki ölkəmizdə bu sahədə çox böyük bir boşluq var. Sosial problemlər ancaq ictimai sorğu keçirib, insanların fikirlərini öyrənib, rəqəmləri qeyd etməklə həll olunmur. Bu işdə bütün kütləvi informasiya vasitələrindən tutmuş ziyalılara qədər hər kəs öz sözünü deməlidir.

Tarix boyu, əsasən də 20-ci əsrin əvvəllərində, cəmiyyət bir insan orqanizminə bənzədilir və bu şəkildə tədqiq olunurdu. İngilis filosofu Herbert Spenser deyib ki, insan bədəninin düzgün və sağlam işləməsi üçün gərək bütün bədən üzvləri qaydasında işləsin. Ortaya çıxan bir problemi isə bəzən bədənin özü, bəzənsə tibbi müdaxilə ilə sağaltmaq olur. Həmçinin, cəmiyyətdə də belədir.  Düzgün funksiya göstərmək üçün gərək cəmiyyəti əmələ gətirən bütün hissələr normal formada işləsin.

Cəmiyyətdə fərdlər bir – birilə sosial əlaqələrsiz və qarşılıqlı təsirsiz mövcud ola bilməz. Belə əlaqə və təsir həm fərdin, həm də bütövlükdə cəmiyyətin mühüm tələbatlarını ödəyir, o, institusionallaşdıqda möhkəm və davamlı xarakter daşıyır. Yəni fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur və tənzimlənir. Sosial institutlar yerinə yetirdiyi funksiyalara görə müxtəlif tiplərə ayrılırlar. Onlardan biri də ailə institutudur. Ailə institutu digər institutların əsası hesab olunur. Son illərin təcrübəsi isə onu göstərir ki, ölkəmizdə ailə institutu nəinki sağlam təməl üzərindədir, hətta dağılmaq üzrədir. Demək, həyəcan təbili çalmağın vaxtı çoxdan gəlib, hətta mən deyərdim ki, keçir.

Digər bir məsələ də var ... Bir çox hallarda sosial problemlərin həll olunmamasının əsas səbəblərindən biri ölkəmizdə sosial işçi institutunun olmamasıdır. Sosial islahatlar həyata keçirmək, əhalinin problemlərinin yerindəcə həll olunmasını istəyiriksə ölkədə peşəkar, ixtisaslaşmış sosial işçilər olmalıdır. Ölkəmizdə bu cür işçilərə tələbat çox böyükdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
qafqazinfo.az

2Mənbələr