AZ

Məşhur müğənni İqor Talkovun qətlinin üstü 33 ildən sonra açılıb

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə baş idarəsi müğənni İqor Talkovun qətli ilə bağlı istintaqı yekunlaşdırıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, istintaqın məlumatına görə, qatil müğənninin konsert direktoru Valeri Şlyafman olub. İstintaq Komitəsi hesab edir ki, 1991-ci il oktyabrın 6-da axşam saatlarında “Yubileynıy” idman sarayının pərdə arxasında direktor müğənni Əzizənin nümayəndəsi İqor Malaxovla münaqişə edib. Malaxova tapança ilə atəş açmağa çalışan Şlyafman Talkovu ölümcül yaralayıb.

İstintaq Komitəsi qeyd edir ki, hələ 1992-ci ildə İsraildə gizlənən Şlyafman ehtiyatsızlıqdan qətl törətməyə görə qiyabi ittiham edilib. Ancaq 2021-ci ildə istintaq bərpa edilib və İstintaq Komitəsi Şlyafmanın cinayəti qəsdən törətməsi qənaətinə gəlib.

İşin son variantında Şlyafman ictimai təhlükəli şəkildə törədilmiş qətl və adam öldürməyə cəhddə ittiham olunur.

Cinayət işi ittiham aktının təsdiqi və daha sonra məhkəməyə göndərilməsi üçün prokurorluğa göndərilib.

Musavat.com

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
musavat.com

1Mənbələr