AZ

Albalı bir çox xəstəliklərin qarşısını almaq qabiliyyətinə malikdir

Albalını ən faydalı giləmeyvələrdən biri hesab etmək olar. Zəngin kimyəvi tərkibə sahib olan albalı bir çox xəstəliklərin qarşısını almaq qabiliyyətinə malikdir.

 

Aztibb.az xəbər verir ki, albalı A, C, B qrupu, PP vitaminlər, dəmir, mis, maqnezium minerallar, antosianlar, kumarinlər, bioflavonoidlər, orqanik turşularla zəngindir.

 

Tərkibində kumarin maddəsi olan albalı qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, damarları möhkəmləndirir, onların elastikliyini artırır, qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafının qarşısını alır.

 

Araşdırmalar göstərib ki, albalı beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır və bu səbəbdən yaşlı insanlar üçün çox faydalıdır.

 

Bu giləmeyvə qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı kömək edir.

Seçilən
154
aztibb.az

1Mənbələr