AZ

Premyer Liqanın 20 klubundan 19-u VAR-ın ləğvinə qarşı çıxdı

İngiltərə Premyer Liqasında çıxış edən 20 klubdan 19-u klubların ümumi iclasında, çempionatda VAR sisteminin ləğvinin əleyhinə səs verib.

Arena.az bu barədə jurnalist Ben Ceykobsa istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Vulverhempton” VAR sisteminin ləğvini dəstəkləyən yeganə klub olub.

Vurğulayaq ki, əvvəlcədən məhz “canavarlar” bu sistemin ləğvi təşəbbüsü ilə çıxış etmişdilər.

Xatırladaq ki, daha əvvəl, bir sıra Premyer Liqa klublarının VAR-da islahat aparmaq istədiyi, amma ondan tamamilə imtina etmək fikrində olmadığı bildirilirdi.

Daha əvvəl İngiltərə Premyer Liqasının klubları gələn mövsümdən etibarən qüvvəyə minəcək yarımavtomatik ofsayd aşkarlama sisteminin (SAOT) tətbiqinə səs vermişdilər. Ancaq yeniliyin mövsümün əvvəlindən deyil, payız hissəsindən etibarən tətbiqi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
arena.az

1Mənbələr