AZ

"İlkin səhiyyə xidməti: mövcud vəziyyət, çağırışlar və imkanlar" mövzusunda konfrans keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-lə birlikdə "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, çağırışlar və imkanlar" mövzusunda konfrans keçirib.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üzrə koordinasiya qurupunun rəhbəri İsa Əliyev və digər rəsmilər iştirak ediblər.

 

Konfransda ölkəmizdə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə təşkil etdiyi "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, çağırışlar və imkanlar" mövzusunda konfrans maraqlı qrup müzakirələri ilə yadda qalıb.

 

Hər iki qurumun əməkdaşları, eləcə də tibb müəssisələrinin rəhbər və həkim heyətinin iştirak etdiyi qrup işlərində komandalar ilkin səhiyyə xidmətinin təkmilləşidirilməsi ilə bağlı təkliflərini layihə şəklində təqdim ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
aztibb.az

1Mənbələr