AZ

Quterreş Qlobal Sülh Sammitində iştirak etməyəcək


BMT-nin baş katibi Antonio Quterreş İsveçrədə Ukrayna ilə bağlı iyunun 15-16-da keçiriləcək Qlobal Sülh Sammitində iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
“Xeyr, o, sammitə getməyəcək, ancaq BMT, əvvəllər qeyd edildiyi kimi, müşahidəçi səviyyəsində təmsil olunacaq”, - deyə o, müvafiq sualı cavab verərkən deyib.
Rəsmi nümayəndə həmçinin əlavə edib ki, sammitin bütün təşkilatçıları bu barədə məlumatlandırılıb.
Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna münaqişəsinin həlli üzrə sammit keçiriləcək. Sammitdə 160 ölkədən və beynəlxalq təşkilatdan nümayəndə heyətləri dəvət olunub.
BMT sammitdə müşahidəçi qismində iştirakını təsdiqləyib, ancaq təşkilatı kimin təmsil edəcəyini açıqlamayıb.
Seçilən
124
yeniavaz.com

1Mənbələr