AZ

Azərbaycan və Misir sənədləri imzalanıb

Bu gün Qahirədə Azərbaycan və Misir prezidentləri İlham Əliyevlə Abdülfəttah əs-Sisi arasında danışıqlar ikitərəfli sazişlər paketinin imzalanması ilə başa çatıb.

Əsasən Gənclər və İdman, Energetika, İqtisadiyyat və Nəqliyyat nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti və Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Misir Ərəb Respublikası Sərmayə və Azad Zonalar üzrə Baş Qurum (GAFI) arasında 2024-2025-ci illər üzrə birgə fəaliyyət planı imzalanıb.

Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Misir Ərəb Respublikası Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
turan.az

1Mənbələr