AZ

Qusar xəstəxanasının mühafizə xidmətinin rəisi DÖYÜLDÜ

Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi Ruslan Kübərov naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Ruslan Kübərov Qusar şəhərindəki özəl xəstəxanaya yerləşdirilib.

Qusar rayon Mərkəzi Xəstəxanasının mətbuat katibi Anjela Zalova məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosuna açıqlamasında faktı təsdiqləyib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov isə faktla bağlı Qusar rayon polis şöbəsində araşdırmalar getdiyini deyib.

Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
bizim.media

1Mənbələr