AZ

Yalan danışır, dedikləri absurddur - Simonyandan Zaxarovaya sərt ittiham

"Ümumiyyətlə, mən yalana, absurdluğa fikir vermirəm. O, sadəcə, yalan danışır. Mən onun yalanlarını şərh etmirəm”.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin  spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistanın və onun ünvanına olan ittihamlarına cavab verərkən deyib.

Erməni deputatların Ukraynaya səfəri ilə bağlı Zaxarovanın iddiasına reaksiya verən Simonyan deyib ki, buna  Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinə rəsmi cavab verməlidir. "Söz verirəm ki, cavab verəcək və ya yazacaq. Heç bir deputat heç kimin xəbəri olmadan harasa gedə bilməz, o cümlədən bir qrup deputat. Bu, sadəcə olaraq, yalandır", - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
3
olke.az

4Mənbələr