AZ

Bakıda 3 maşın toqquşdu:Firma maşını avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə iyunun 8-də Xaqani küçəsində qeydə alınıb.

Məlumata görə, yol kəsişməsində yük daşımaq üçün nəzərdə tutulan firma maşını minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən firma maşını sürücünün idarəetməsindən çıxaraq daha bir avtomobilə arxadan çırpılıb və həmin nəqliyyat vasitəsinin üzərinə aşıb.

Qəza nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Ölən və ya xəsarət alanlara barədə məlumat verilmir.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
avtosfer.az

1Mənbələr