AZ

“Baliyə daha çox "bal ayı"na gedirlər, Misir və Dubaya isə endirim var”- Hansı ölkələrə getmək sərfəlidir?-ARAŞDIRMA+FOTO

Hazırda yay fəslini yaşayırıq. Əksər insanlar məzuniyyətlərini xarici ölkələrdə keçirirlər. Bəs görəsən hansı ölkələrdə nisbətən sərfəli qiymətə dincəlmək olar?
 
Turizm eksperti Elçin Novruzov Moderator.az-a açıqlamasında bildirib ki, bəzi ölkələrdə istirahət nisbətən münasibdir.
 
“Yay aylarında Türkiyə istiqamətində ( əsasən Antalya, İzmir, Marmaris yəni rezort bölgələrdə) biletlərin qiyməti standartdan yuxarı olur. Çünki təlabat daha çoxdur, həmin aylarda məzuniyyətindən istifadə edən turistlərimizin əksəriyyəti məhz Türkiyə istiqamətinə üz tuturlar. Viza yox, dil problemi yaşamırlar və ən əsası isə ən yüksək xidmət məhz oradadır. Misir və Dubayda hava şəraiti ilə bağlı  tez-tez endirmlər, hətta qaynar turlar müşahidə olunur. Əslində son zamanlar iqlim dəyişib. Yayda Misir istiqamətinə üz tutanlar çoxdur. Maldiv və Tayland istiqaməti də yay aylarında endirimdə olan istiqamətlərdəndir. Çünki iqlim şəraiti elə də ürək açan deyil, həm musson yağışları, həm günəş şüalarının daha yaxından yandırması bu iki ölkədə turistik tələbatı azaldır. İndoneziya (Balidə) isə qiymətlər daha yuxarı olur, çünki yay aylarında üz tutulacaq gözəl istirahət bölgələrindən biri də məhz Balidir. Bu istiqamətə əsasən "bal ayı"na gedən cütlüklər üstünlük verir. Baliyə hətta qiymətlər ikiqat bahalaşır. Türkiyəyə digər fəsillərdə 350-400 manata alınan biletlər yayda 600-700 manata kimi qalxır, hətta bəzən yer belə tapılmır reyslərdə. Bunun heç bir standartı yoxdur. Günbəgün qiymətlər dəyişir” deyə o bildirib. O daha sonra əlavə edib.
“Xüsusilə bayram günləri qiymətlər çox baha olur. Çünki turistlər bayram tətilini öncədən planlaşdırır və alırlar. Bu səbəbdən tarix yaxınlaşdıqca bahalı klaslar qaldığından qiymətlər çox qalxır, hətta nə aviabilet, nə İstanbulda bəzi otellərdə yer tapmaq qeyri mümkündür” deyə ekspert bildirib.
Elçin Novruzov bildirib ki, səyahətin biletlərini güvənli aviaşirkətlərdən almaq lazımdır.
 
“Turizm şirkətləri bir növ turistlərin vəkili rolunu oynayır. Burada hansısa sual yarananda peşəkar turizm şirkəti rahat şəkildə o informasiyanı turistin nəzərinə çatdıracaq. Amma onlayn şəkildə bilet alınır, orada da heç bir qaydalar tam öz əksini tapmır, müqavilə də bağlanmır. Hava limanına getdiyi zaman gecikmələrlə üzləşir, üzərində götürdüyü əşyalardan xəbərsiz olur” deyə o bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
moderator.az

1Mənbələr