AZ

Zaxarova: Rusiya ABŞ-ın nüvə arsenalını artırmaqla bağlı bəyanatlarına cavab verəcək

Rusiya Federasiyası ABŞ-ın nüvə doktrinasına uyğun olaraq nüvə arsenalını artırmaqla bağlı bəyanatlarına cavab verəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Birləşmiş Ştatların öz nüvə potensialını niyə artırmalı olduğu ilə bağlı sualları onun ictimaiyyəti Ağ Evə verməlidir”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Rusiyanın heç vaxt nüvə ölkələri ilə dialoqu dayandırmadığını və ya ondan imtina etmədiyini söyləyib: “Biz heç kimlə dialoqu kəsməmişik, enerji əlaqələrini kəsən də biz deyildik, ən çətin situasiyalarda belə dialoq üçün yer olduğunu həmişə bəyan etmiş və bu yanaşmanı təcrübədə dəfələrlə nümayiş etdirmişik. Ona görə də bizi dialoqa çağırmağın mənası yoxdur, biz bundan heç vaxt imtina etməmişik. Bu, bizim xarici siyasət konsepsiyamızın bir hissəsidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
5
apa.az

6Mənbələr