"Mən Əli Mirəliyevlə duet oxumuşam, kaş oxumazdım".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Xəbər ətər" verilişində deyib.
Sənətçi keçmiş duet ortağı Əli Mirəliyevi tənqid atəşinə tutub:
"Mən kənardan baxıram, ayıbdır. Heç olmasa o duetlərə bax, danışığını bil. Sən özün gəlib deyirdin ki, "duet oxuyaq, duet oxuyaq". O gün görürəm başqa efirdə deyir ki, "Ruhəngiz Musəvi Və Ruhəngiz Allahverdiyeva toyda çığıra - çığıra oxuyur". Ayıbdır ee, ayıbdır".
Ziyafət Əlisoy