AZ

Manatla bağlı mühüm açıqlama: “Gələn ilin sonu, bəlkə də ...”

“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”.

Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.

“Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”- S&P əlavə edib.

Məsələ ilə bağlı"Cebhe.info"-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, bu il üçün manatın məzənnəsi ilə bağlı hər hansı bir dəyişiklik gözlənilmir:

"Lakin bu hər zaman belə olacağına qənaət vermir. Çünki uzun müddət sabit məzənnə rejimində qalması manat üçün problemdir. Düşünürəm ki, 2025-ci ilin sonu, 2026-cı ilin əvvəli manatın məzənnəsi ilə bağlı müəyyən qərarların alınması mümkündür. 

Biz bunu 2005-2015-ci illərdə müşahidə etdik. Daha sonra sabit məzənnə rejimi üçpilləli devalyasiyaya gətirib çıxardı. 2016-cı ildən bu günə kimi də sabit məzənnə rejimidir. Sabit məzənnənin 10 illiyinə az qalıb. Ona görə də 10 ili bitdikdən sonra belə bir tsiklin yaşanmağı mümkündür".

Seçilən
122
cebheinfo.az

1Mənbələr