AZ

"Fənərbaxça"da seçki dava ilə başladı: Aziz Yıldırım qurultayı tərk etdi - Foto

"Fənərbaxça" klubunda prezident seçkiləri başlayıb.

Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, seçkinin birinci turunda seçkini hazırkı prezident Ali Koçun tövsiyə etdiyi Vəfa Küçük idarə edib.

Xəbərdə deyilir ki, prezidentliyə digər namizəd Aziz Yıldırım buna qarşı olub. Kürsüyə çıxan Aziz Yıldırım seçkinin qeyri demokratik aparıldığını deyib: "Seçki qeyri-demokratik aparılır. Mən buradan gedirəm. Sabah səs verməyə gələcəm. İstəyən qala bilər, istəyən gedə bilər”.

Daha sonra Aziz Yıldırım qurultayı tərk edib.


Müəllif: Arzu
Seçilən
137
teleqraf.com

1Mənbələr