“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger hücumçu Kilian Mbappeni braziliyalı mərhum futbolçu Pele ilə müqayisə edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı mütəxəssis onun yeni Pele olduğunu bildirib:
“Kilianın oyununu ilk görəndə düşündüm: O, yeni Peledir. Sonra insanlar qərar verdilər ki, mən dəli olmuşam”.
Mbappe ötən günlərdə komandasını dəyişib. 25 yaşlı hücumçu azad agent kimi PSJ-dən “Real”a keçib. Tərəflər 2029-cu ilin ortalarına qədər olan müqavilə bağlayıb.
Fransalı futbolçu ötən mövsüm Liqa 1-də 29 oyun keçirib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərArsen Venger arsenal
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta