AZ

Boliviya BRİKS-ə qoşulmaq planlarını açıqlayıb

Boliviya BRİKS-ə qoşulmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arse RT-yə müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Boliviya artıq BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Cənubi Afrikada keçirilən sammitdə bu təşkilatdan müvafiq dəvət alınıb.

Arse xatırladıb ki, Boliviya Cənubi Afrikadakı sammitdə BRİKS-ə qoşulmaq arzusunu açıq şəkildə bəyan edib.

Prezidentin sözlərinə görə, Boliviya üçün BRİKS-ə qoşulmaq birlik ölkələrinin texnologiyaları və təcrübəsi sayəsində sənayeləşmə və iqtisadi artım prosesini sürətləndirmək üçün gələcək yardımı almaq deməkdir.

Arse əlavə edib ki, BRİKS ölkələrinin Boliviyanın litium ehtiyatlarına görə dünyada birinci yerdə olduğunu bilməsi vacibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
operativmm.az

1Mənbələr