AZ

Rus ordusu hücuma keçdi - Bölgədə durum dəyişir

Son 24 saat ərzində Rusiyanın Cənubi Donetsk istiqamətində “Vostok” qoşun qruplaşmasının bölmələri Ukrayna hərbçilərinin dayaq məntəqələrinə zərbələr endirib.

“Cebhe.info” TASS-a istinadən xəbər verir ki, bu barədə qrupun mətbuat mərkəzinin rəhbəri Aleksandr Qordeyev deyib.

"Aviasiya zərbələri, artilleriya atəşi və ağır alov sistemləri Ukrayna ordusunun 128-ci Ərazi Müdafiə Briqadalarının Konstantinovka və Enomikenika rayonlarında müvəqqəti dislokasiya məntəqələrinə, istehkamlarına və canlı qüvvəsinin toplandığı yerlərə zərbələr endirib. 145-dən çox hərbçi, 2 piyada döyüş maşını, 1 “D-30” artilleriya qurğusu, 2 ədəd avtomobil texnikası, 6 təyyarə tipli pilotsuz uçuş aparatı və 3 sursat təchizatı nöqtələri məhv edilib", - Qordeyev vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
cebheinfo.az

1Mənbələr