AZ

“Bloomberg“: “Putinin cəbhədə uğur imkanları azalır“

"Aylardır Rusiya ordusu silah-sursatdan əziyyət çəkən Ukrayna qüvvələrinə qarşı döyüş meydanında yalnız məhdud uğur qazana bilir". 

News365.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Nəşr qeyd edib ki, Kreml ordusunun üstünlükləri tədricən azalmağa başladığı üçün bu, Prezident Vladimir Putin üçün artan problemə çevilir.

Məqalədə o da vurğulanır ki, indi Kiyev Amerika və avropalı müttəfiqlərindən aktiv şəkildə milyardlarla dollar dəyərində silah almağa başlayıb və Rusiya Ukrayna şəhərlərini, o cümlədən enerji infrastrukturunu raketlər, dronlarla atəşə tutsa da, Rusiyanın irəliləyiş imkanları daralır.

Qeyd olunur ki, Rusiyanın Ukraynanın şimal-şərqində, Xarkov vilayətində yeni cəbhə açmaq cəhdi sərhəd boyu bufer zona yaratmaq məqsədinə nail ola bilməməsindən xəbər verir. Bura artıq bataqlıq kimi görünür. Ukrayna bəyan edir ki, Volçansk şəhəri ətrafında gedən döyüşlərdə rus qoşunlarına xeyli ağır itkilər verir: "Üstəlik, Rusiya qoşunları aylarla davam edən döyüşlərdə böyük itkilər bahasına fevralda Ukraynanın şərqindəki strateji əhəmiyyətli Avdeyevka şəhərini ələ keçirdikdən sonra xeyli az irəliləyiş əldə edib. Onlar bir neçə həftədir ki, Donetsk vilayətinin şərqindəki Çasov Yar adlı əsas yaşayış məntəqəsini ələ keçirməyə çalışırlar".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural


Seçilən
67
news365.az

1Mənbələr