AZ

Bu rayonlarda qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkaralandı - akt və protokol tərtib edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Şəki və İsmayıllı rayonları ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.


Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Yuxarı Tüləkəran kənd sakini Natiq Əlimərdanov, Şəki rayonu Baş Şabalıd kənd sakini Əhməd Fərhatov və İsmayıllı rayonu Qalıncaq kənd sakini Sihhət Əzizov olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
ekologiya.az

1Mənbələr