AZ

Ukrayna PUA-ları Osetiyaya da çatıb - Hərbi aerodromu hədəf alıblar

İyunun 8-də Rusiyanın Şimali Osetiya bölgəsinə ilk dəfə olaraq PUA hücumu qeydə alınıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Regionun qubernatoru isə hava hücumundan müdafiə qüvvələrinin Mozdokda üç PUA vurduğunu deyib: “İlkin məlumata görə, PUA-lar Ukrayna tərəfdən gəlib. Onların hədəfi hərbi aerodrom idi”.

Qeyd edək ki, Mozdok aerodromundan “MiQ-31K” və “Tu” təyyarələri havaya qalxaraq Ukraynanı bombalayır. Şimali Osetiya döyüş zonasından təxminən 900 km uzaqlıqdadır.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
azpolitika.info

1Mənbələr