AZ

Premyer Liqanın üç klubu onunla maraqlanr

"Yuventus"un hücumçusu Federiko Kyeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "Tuttojuve"yə istinadən məlumat verir ki, italyan forvardın xidmətində "Arsenal", "Çelsi" və "Nyukasl" kimi klublar maraqlıdır.

Bildirilir ki, “Yuventus” oyunçunu A Seriyasında başqa komandaya satmaqdansa, xaricə satmağa üstünlük verir. 26 yaşlı Federikonun müqaviləsi bir ildən sonra başa çatır və onun gələcəyi ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.

Son İtaliya çempionatında Kyeza doqquz qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt hücumçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
90deqiqe.az

1Mənbələr