AZ

CIA: Netanyahu ABŞ-a qarşı çıxacaq

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatına görə, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya hücumlardan sonra plan hazırlamaq üçün ABŞ-ın təzyiqinə böyük ehtimalla müqavimət göstərəcəyi bildirilib.

Turkustan.az xəbər verir ki, Amerikanın CNN televiziyasının xəbərində, MKİ-nin 3 iyun tarixli və ABŞ rəsmiləri arasında yayılan hesabatına istinad edərək, Netanyahunun Qəzzədəki hücumların nəticələrinə dair planı müzakirə edilib.

Hesabatda Qəzzaya hücumların nəticələrinə dair planla bağlı İsrail daxilində konsensus olmadığı və kabinetdəki nazirlərin fərqli fikirlərə sahib olduğu bildirilib.

Hesabatda İsraildəki koalisiya hökumətinin Qəzzaya hücumların nəticələri ilə bağlı kritik məsələlərdə dərin fikir ayrılığı olduğu qiymətləndirilib və Netanyahunun hücumlardan sonra plan yaratmaq üçün ABŞ-ın təzyiqinə müqavimət göstərəcəyi şərh edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
turkustan.az

1Mənbələr