AZ

Stoltenberq Ukraynaya yardım fondunu yaratmaqdan imtina edəcək - KİV

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberqin Ukrayna üçün 5 illikyardım fondunun yaradılması üzrə plandan imtina edəcəyigözlənilir.

Trend xəbərverir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, buna NATO üzvlərinin etirazı səbəb olub. Başkatib bunun əvəzinə ölkələrə Kiyevə dəstəyin hazırki səviyyəsiniqoruyub saxlamağı təklif edəcək. Hər bir ölkənin yardımı onunümumudaxili məhsulundan (ÜDM) asılı olaraq müəyyən ediləcək.

Qeyd olunub ki, bütün yardımın yarısını ABŞ, yerdə qalanhissəsini isə NATO-nun digər 31 üzvü göndərəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
az.trend.az

1Mənbələr