AZ

İranda Yaxın Şərqin ən böyük kosmik mərkəzi tikilir

İranın cənub-şərqindəki Çabahar liman şəhərində Yaxın Şərqin ən böyük kosmik mərkəzi inşa olunur.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur bildirib.

O, hazırda Çabahar Kosmik Mərkəzinin tikilməkdə olduğunu və inşasının 56 faiz hissəsinin tamamlandığını vurğulayıb. Nazirin sözlərinə görə, mərkəzin birinci mərhələsi 2025-ci ilin fevral ayının əvvəlində istifadəyə veriləcək.

İ.Zarepur qeyd edib ki, İranın peyk buraxılışlarını təmin etmək üçün nəzərdə tutulan kosmik mərkəz, həmçinin ölkənin beynəlxalq tərəfdaşlarla əməkdaşlığını təşviq edəcək və gəlirlərini artıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
poliqon.az

1Mənbələr