AZ

Sel suları Zaqatalada fəsadlara səbəb olub

Sel suları Zaqatalanın Yuxarı Tala kəndində təsərrüfatlara ziyan vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisinə yağan yağışdan sonra kənd ərazisindən keçən çay məcrasından çıxaraq həyətlərə dolub, təsərrüfatlara və həyətyanı sahələrə ziyan vurub.

Sel suları kənd sakini Mövləddin Qurbanəliyevə məxsus 20-dən artıq arı ailəsini aparıb, arıçılıq məhsullarını məhv edib.

Nəticədə arıçıya 20 min manata yaxın ziyan dəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
9
report.az

7Mənbələr