AZ

Pediatr Adilə Abdullayeva Lahıc Ailə Sağlamlıq Mərkəzində fəaliyyətə başlayıb

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimovun imzaladığı əmrə əsasən Lahıc Ailə Sağlamlıq Mərkəzinə yeni həkim təyin olub.
 
Aztibb.az-a İsmayıllı RMX-dan verilən məlumata görə, rayon mərkəzindən 45 km uzağlıqda, dağlıq ərazilərdə yerləşən Lahıc qəsəbəsi və qəsəbə ətrafı kəndlərdə yaşayan əhali uzun müddət idi ki, həkim olmamasından əziyyət çəkirdi.
 
Həkim-pediatr Adilə Abdullayevanı kollektivə təqdim etmək məqsədilə Lahıc Ailə Sağlamlıq Mərkəzində iclas təşkil olunub. İclasda İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nərgiz Rəhimova, İlkin Səhiyyə Xidmətləri şöbəsinin müdiri Maya Məmmədova, Lahıc qəsəbəsinə yaxın olan kənd Tibb Məntəqə müdirləri (Əhən, Çandahar, Gəndov) və Lahıc Ailə Sağlamlıq Mərkəzinin tibb heyyəti iştirak edib.
 
Baş həkim Nərgiz Rəhimova yeni təyinat alan ailə həkimi-pediatrı kollektivə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Təqdimatdan sonra baş həkim Nərgiz Rəhimova “Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün patronaj xidmətinə nəzarətin gücləndirilməsinə dair Tədbirlər planı”na aid TƏBİBin əmrinin yerinə yetirilməsi, əhaliyə göstərilən ilkin səhiyyə xidməti və onların əhəmiyyətindən danışıb. Həmçinin İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının daxili əmri ilə təsdiqlənən briqadaların fəaliyyəti haqqında söhbət açaraq, onlara əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyət və əlçatanlığını təmin etmək istiqamətində lazımi tövsiyə və tapşırıqlarını verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
aztibb.az

1Mənbələr