AZ

Türkiyənin buğda idxalına qadağası Rusiyaya təsir edəcəkmi?

Türkiyənin müəyyən müddət ərzində buğda idxalını dayandırması fyuçers bazarlarındakı qiymətlərdə əksini tapsa da, Rusiya Türkiyənin qərarının onlara təsir etməyəcəyini bəyan edib.

"Cebhe.info" xəbər verir ki, Türkiyədə taxılın alış qiyməti daxildə, idxal qadağası isə xaricdə əks-səda doğurub. Torpaq Məhsulları Ofisi (TMO) builki taxıl alış qiymətlərində çox məhdud artım göstərsə də, Türkiyə Əkinçilik Odaları Birliyi (TƏOB) bu qiymətləri və kredit faizlərindəki artımdan sonra qiymətlərin istehsalçıları məyus etdiyini bildirib. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi tərəfindən alış qiymətləri açıqlandığı halda, mövcud buğdanın alış qiyməti keçən illə müqayisədə cəmi 11 faiz, çörək buğdasının qiyməti 14 faiz, arpanın qiyməti isə cəmi 4 faiz artıb. 

Alış qiymətlərindəki artım inflyasiya və yanacaq kimi qiymətlərdəki artımdan xeyli aşağıda qalıb. TƏOB sədri Şəmsi Bayraktar açıqlamasında, "Elan edilən aşağı alış qiyməti ölkə daxilində məhsulun artması ilə bazardakı qiymətlərin aşağı düşməsinə səbəb olacaq.Elan edilən qiymət nə istehsal xərclərinə, nə də 75,45 faizə çatan inflyasiyarəqəmlərinə uyğun gəlir" deyib. Bayraktar buğda qiymətlərinə təcili olaraq yenidən baxılması lazım olduğunu və bu barədə Prezidentə yazılı müraciət edəcəklərini bildirib. 

Açıqlamada o da bildirilib ki, məhsul yığımı dövründə təklifin artması nəticəsində qiymətlərdə azalmaların qarşısının alınması və ixracın yerli istehsal hesabına ödənilməsi üçün bəzi xarici ticarət tədbirləri görülüb. Müvafiq olaraq, 21 iyun - 15 oktyabr tarixləri arasında buğda idxalı dayandırılıb. Bundan əlavə, arpa ixracına isə TMO-dan icazə almaq şərti ilə razılıq verilib. Eyni zamanda yerli istehsal olunan unla hazırlanan bərk un ixracına icazə verilib. İxrac 2018-ci ilin sentyabrında dayandırılmışdı. Ötən il 5 milyard dollardan çox taxıl idxal edən və bazarın əsas idxalçılarından biri olan Türkiyənin gördüyü tədbirlərdən sonra qlobal taxıl qiymətlərindəki eniş sürətlənib.

Avropada buğda qiymətləri son bir ayın ən aşağı səviyyəsinə çatıb. Almaniyadan olan taxıl emalçısı "Reuters" bildirib ki, "İdxal qadağasından ən böyük zərbəni Rusiya alacaq. Türkiyə ümumilikdə idxalının 60-75 faizini Rusiyadan edir və bu qadağa məhz rus buğdası bazara çıxdığı anda qüvvəyə minir. Rusiya buğdası Türkiyəyə satıla bilməsə, daha uzaq bazarlara daha ucuz satılacağını, Yaxın Şərq, Afrika və Asiyada idxalçılar bu vəziyyətdən faydalanacaqlar” deyib. Rusiyadan verilən ilk açıqlama isə Türkiyənin buğda idxalı qadağasının onlara təsir etməməsi olub. Rusiya Kənd Təsərrüfatı Nazirliyi indiki mərhələdə heç bir təsirin olmadığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
cebheinfo.az

1Mənbələr