AZ

BiznesAlina Xələfova: “Kiçik sahibkarların xidmət və məhsulların bir qismi artıq satılıb”

Bu gün Azərbaycanda artıq 4-cü dəfədir keçirilən startuplar üzrə milli çempionat çərçivəsində artıq bütün xidmət və məhsulların bir qismi satılıb.

"Report" xəbər verir ki, bunu “Mini Boss” biznes məktəbinin direktoru Alina Xələfova “Startup National Cup 2024"də deyib.

Onun sözlərinə görə, tələbələr artıq ilkin gəlirlərini əldə ediblər: "Ən böyük satış nöqtəmiz keçən il olduğu kimi “Gənclik Mall” idi. Mayın 16-dan fəaliyyət göstərən sərgimiz iyunun 16-a qədər davam edəcək. Fasilə zamanı təşkil edilən sərgidə qonaqlar layihələr ilə tanış ola bilər və bizim kiçik sahibkarları dəstəkləyə bilərlər. Qalib 3 komandanı 5 kriteriya üzrə seçəcəklər. Bundan başqa 6 nominasiyamız da olacaq”.

Hazırkı milli startup çempionatında 17 komanda iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
2
far.az

3Mənbələr