AZ

Azərbaycanda İLK: İcra başçısı fəhlələrlə birlikdə çalışdı - VİDEO

Azərbaycanda icra başçısının görüntüləri böyük marağa səbəb olub.   Manset.az-ın əldə etdiyi məlumata görə, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda təmir-tikinti işləri görən usta və fəhlələrə kömək edib. O təmir zamanı istifadə olunan daşların daşınmasında şəxsən iştirak edib. İcra başçısının bu addımı vətəndaşlar tərəfindən lentə alınıb və çox təqdir olunub. Qeyd edək ki, Firdovsi Şahmirzə oğlu Əliyev 2023-cü ildə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İcra başçısının həmin görüntülərini təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
5
manset.az

6Mənbələr