AZ

Makron: "Fələstini tanımaq üçün uyğun mühitdə deyilik"

Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımaq üçün doğru zaman olmadığını müdafiə edib.

Turkustan.az xəbər verir ki, TF1 və France 2 kanallarına danışan Makron Ukrayna və Fələstindəki vəziyyətlə bağlı açıqlamalar verib.

Makron Fələstin dövlətinin tanınmasının “tabu olmadığını” və ölkəsinin hər zaman iki dövlətli həll yolunu dəstəklədiyini bildirsə də, hazırda bunun üçün uyğun mühitin olmadığını müdafiə edib.

"Yerdə vəziyyət sabitləşməyib və Fələstin rəhbərliyi islahatlara getməlidir". Çıxış edən Makron bildirib ki, Fransa “bölgədə hər kəs üçün sülh və təhlükəsizliyi təmin edəcək element yarandıqda” Fələstin dövlətini tanıyacaq.

Makron Fransa istehsalı olan “Mirage 2000” tipli döyüş təyyarələrinin Ukraynaya göndəriləcəyini və bu yaydan etibarən ukraynalı pilotların Fransada təhsil almağa başlayacağını bildirib.

Fransa prezidenti Makron Ukraynaya nə qədər döyüş təyyarəsi tədarük edəcəklərini açıqlamayıb. Makron əlavə edib ki, Fransada 4500 ukraynalı əsgərə təlim keçəcəklər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
turkustan.az

1Mənbələr