AZ

BMT elan etdi: Husilər BMT-nin 11 əməkdaşını saxladı

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik Yəməndə İranın dəstəklədiyi husilərin 11 BMT işçisi də daxil olmaqla bir qrup yardım işçisini saxladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər bölgədə fəaliyyətlərini davam etdirirlər. BMT-nin sözçüsü Stefan Dujarrik bu gün verdiyi açıqlamada husilərin 11-i BMT işçisi olmaqla bir qrup yardım işçisini saxladığını bildirib.

"Biz onların hamısının mümkün qədər tez təhlükəsiz və qeyd-şərtsiz azad edilməsini təmin etmək üçün bütün mümkün vasitələrə əl atırıq" dedi Dujarric .

Yəmən Mayyun İnsan Haqları Təşkilatından verilən açıqlamada ölkənin 4 bölgəsində ən azı 18 yəmənli yardım işçisinin qaçırıldığı bildirilib. Açıqlamada, adam oğurluğunun paytaxt Səna ilə Hodeyda, Əmran və Səada şəhərlərində eyni vaxtda həyata keçirildiyi bildirilib.

Human Rights Watch isə husilərin məmurları işlədikləri işlərə görə saxladıqlarını və onların bir çoxunun harada olduğunun bilinmədiyini bildirib. Monitorinq Təşkilatının açıqlamasında oğurlananlar arasında Yəməndə işləyən qadının əri və onun 9 aylıq və 3 yaşlı uşaqlarının olduğu qeyd edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
turkustan.az

1Mənbələr