AZ

Əbədi Birlik Zorlu Töre ilə birlikdə tədbir keçirdi

7 May 2024-cü il tarixində Azərbaycan-Şimali Kipr dostluq və qardaşlıq əlaqələrinin yüksələn xətt ilə inkişaf etməsi münasibətilə Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Şimali Kipr – Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” adlı tədbir keçirilib.

Tədbirdə xüsusi qonaq olaraq Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Töre iştirak edib.

Zorlu Töre çıxışı zamanı gənclərə: "Sən bir bayraqsan! Heç vaxt bayrağı endirməyəcəksən!

Yıxılanların əlindən bayrağı tutub daha da irəli addımlayacaqsan! Və harada olursunuzsa olun, Türk Millətinin, Azərbaycanın, Türkiyənin, Şimali Kiprin və digər Türk dövlətlərinin yüksək mənafeləri naminə bayrağını daha da yüksəklərə daşıyacağıq. Hədəf hər zaman Zirvə olmalıdır!

Gənclərimiz hər zaman belə ideallarda birləşməlidir. Vətən, Bayraq, Din və Millət uğrunda şəhid olanları rəhmətlə yad edirik!" - dedi.

Eyni zamanda Azərbaycan-Şimali Kipr dostluq qrupunun və “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Şimali Kiprə rəsmi səfərini dəyərləndirdi, bu səfərlərin hər iki dövlət arasındakı dostluq və qardaşlıq bağlarının inkişafındakı rolunu xüsusilə diqqətə çəkdi, Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasındakı əməyini yüksək qiymətləndirərək onu Azərbaycan gəncliyinin əbədi lideri adlandırdı.

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev isə tədbirin məqsədini və Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında əlaqələrin inkişafı və təşkilat tərəfindən Şimali Kipr ilə bağlı həyata keçirilən proqramların əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan dilində yazdığı “Kıbrıs: Şərqi Aralıq dənizində türklərin əbədi qalası” adlı kitabın əhəmiyyətinə toxunaraq, türkdilli ölkələrin dostluq, qardaşlıq və müttəfiqlik bağlarının möhkəmlənməsi üçün çalışmalı olduqlarını vurğulayıb. O bildirib ki, onların təşkil etdikləri layihənin məqsədi Azərbaycan-Şimali Kipr dövlətlərinin birgə fəaliyyətindən töhfələri təşviq etmək, birliyimizi və bərabərliyimizi gücləndirməkdir.

Tədbirdə eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, Şimali Kipr Türk Respublikasının deputatı İzlem Gürçağ Altuğra, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi, səfir Ufuk Arca Turganer və ev sahibi, Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim çıxış edib, Güney Azərbaycan Demokratik Türk Birliyinin sədri Əjdər Tağızadə, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, Qazi və şəhid ailələri, yazıçılar, şairlər, rəssam və elm adamları, ictimai fəal gənclər müvafiq mövzular istiqamətində çıxış ediblər.

Eyni zamanda “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Mədəniyyət komitəsinin sədri Cəmilə Məmmədli tərəfindən Azərbaycan, Türkiyə və Şimali Kiprə həsr olunan mahnılar ifa edilib.

Tədbirin sonunda Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Töre Azərbaycan və Türk dünyası gəncləri adından təltif edilib, Əbədi Birlik Gənclər İctimai Birliyinin Mədəniyyət komitəsinin üzvü, rəssam Nizami Huseynovun çəkdiyi portret və Əbədi Birlik gəncləri adından Turan bayrağı təqdim edilib.

Zorlu Töre isə Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevə Şimali Kipr Parlamentini təmsil edən hədiyyə təqdim edib.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
turkustan.az

1Mənbələr