AZ

"Mbappe "Real"da tarix yazacaq" - Zidan

Fransa futbolunun əfsanəsi Zinəddin Zidan "Real Madrid"ə transfer olunan Kilian Mbappe ilə bağlı gözləntilərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Zidan "Telefoot"-a belə deyib:

“Mbappe indi buradadır. O, "Real Madrid"in tarixinə düşəcək və düşünürəm ki, o, hamıdan üstün olacaq”.

Xatırladaq ki, “Real Madrid” Mbappenin transferini həftənin əvvəlində açıqlayıb. 25 yaşlı uldiz futbolçu Madrid klubu ilə 2028/2029 mövsümünün sonuna qədər 5 illik müqavilə imzalayıb. 
 Hazırda forvard Fransa millisindədir və 2024-cü il Avropa çempionatına hazırlaşır.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
fanat.az

10Mənbələr