Aziz Yıldırım "Fənərbaxça"nın adi ümumi yığıncağı öncəsi Lütfi Kırdar Konqres və Sərgi Mərkəzində ümumi qurul üzvlərinə layihələrini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, çıxışına həftə sonu keçiriləcək konqresin sonunda qalibin "Fənərbaxça" olmasını diləyərək başlayan Yıldırım, "Bir neçə gündür ki, Aziz Yıldırım və dostları dava çıxardacaq deyirlər. 2018-ci ildə də eyni şeyi dedilər, amma heçnə olmadı, “Fənərbaxça”nın tarixinə ləkə vurmayacağıq” - dedi.

Gələn mövsüm üçün çempionluq vəd edən Yıldırım, "Əgər buna nail ola bilməsək, bir ildən sonra konqresi çağıraram. Karlo Ançelotti, Ziko, Yoahim Löv, Aykut məşqçi gətirdim. Bunlar nə etdilər? Mənim göndərdiyim İsmayıl Kartalı, Ersun Yanalı gətirdi. Arzularım ilk ildə liqa çempionluğu, Avropada isə Avroliqa çempionu olmaqdır. 2-ci, 3-cü ildə isə Çempionlar Liqası" - deyib.