AZ

Slovakiyalı baş məşqçi: “Azərbaycanla matç təəssüratımı korladı”

"Oyun baxımından iki fərqli hissənin şahidi olduq”.

İdman.biz xəbər verir ki, bunu Slovakiyanın U-21 millisinin baş məşqçisi Yaroslav Kentoş deyib.

Mütəxəssis Azərbaycanla yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb: “İlk yarı yaxşı keçdi. İkinci hissənin əvvəli komandadan tələblərimizə cavab verirdi. Lakin ümumilikdə ikinci hissə məni qane etmədi. İndi içimdə pis emosiya hökm sürür. Çünki ikinci hissədəki çıxış heç də yaxşı olmadı. Bu, mənim matçla bağlı təəssüratımı korladı”.

Qeyd edək ki, Slovakiya millimizə 3:2 hesabı ilə qalib gəlib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
idman.biz

1Mənbələr